Bu gün
Tramp: "Müharibəyə tezliklə son qoyacağıq”

“Bu müharibəyə çox tezliklə son qoyacağıq”.
Təhlil.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin bağçasında Konqres üzvləri ilə görüş zamanı deyib.
Tramp İranla danışıqların davam etdiyini və tərəflərin razılığa gəlib-gəlməyəcəyinin tezliklə məlum olacağını qeyd edib.
“Bu müharibəyə çox tezliklə son qoyacağıq. Onlar razılaşma əldə etməyə can atırlar, bu vəziyyətdən beziblər. Ümid edirəm ki, bunu gözəl şəkildə həll edəcəyik”, – deyə Tramp bildirib.
“İranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verməyəcəyik. Biz buna dözə bilmərik və dözməyəcəyik”, – deyə o əlavə edib.
Dünən
Dünən