12 aprel

Son iki gündə qanunsuz taksi fəaliyəti ilə məşğul olan 61 sürücüyə inzibati protokol tərtib olunub

Bakının Nizami rayonu ərazisində son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyəti ilə məşğul olduğu aşkar edilib.

Təhlil.az xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub.

Onlara bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər.