Bu gün

Yermak həbs olundu

Ukranyanın Ali Korrupsiya Əleyhinə Məhkəməsi (VAKS) prezident administrasiyasının sabiq rəhbəri Andrey Yermak barəsində həbs qətimkan tədbiri seçib.

Təhlil.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Müvafiq qərar VAKS tərəfindən cümə axşamı elan olunub.

“Şübhəli Yermak barəsində faktiki saxlanıldığı gündən etibarən 60 gün müddətinə həbs qətimkan tədbiri seçilsin. Şübhəli üçün 140 milyon qrivna (təxminən 5,4 milyon AZN) məbləğində girov müəyyən edilsin”, - deyə hakim bildirib.

Yermak özü girov məbləği ilə bağlı danışarkən bildirib ki, onun girov müqabilində şərti azad edilməsi üçün həmin məbləğdə pulu yoxdur. Onun sözlərinə görə, vəkili bu məsələ ilə bağlı dostları və tanışları ilə əlaqə saxlayacaq.

Yermak Kiyev yaxınlığında “Dinastiya” adlı elit yaşayış kompleksinin tikintisi zamanı 460 milyon qrivnanın (10 milyon dollar) leqallaşdırılması işi üzrə ittihamlarla üzləşib.

Yermak özünü təqsirli bilməyib. “Mən bütün ittihamları rədd edirəm”, - deyə o, məhkəmə iclasında bildirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?