Bu gün

Faşizm üzərində Qələbənin 81-ci ildönümüdür

9 May – Faşizm üzərində Qələbə Günü dünya tarixinin ən qanlı müharibəsi hesab olunan İkinci Dünya müharibəsində qazanılmış tarixi zəfərin ildönümü kimi qeyd olunur. 1945-ci ilin mayında faşist Almaniyasının təslim olması ilə milyonlarla insanın həyatına son qoyan müharibə başa çatdı və bu tarix dünya xalqları üçün böyük mənəvi əhəmiyyət daşıyan günə çevrildi.

Azərbaycan xalqı da bu Qələbənin əldə olunmasında mühüm rol oynayıb. Müharibə illərində yüz minlərlə azərbaycanlı cəbhəyə yollanıb, onların böyük hissəsi döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib, Avropanın azad olunmasında iştirak edib. Müharibədə göstərdikləri igidliyə görə yüzlərlə azərbaycanlı yüksək dövlət mükafatlarına layiq görülüb.

Qələbənin qazanılmasında Bakı neftçilərinin əməyi isə xüsusi yer tutur. Müharibə dövründə Sovet ordusunun istifadə etdiyi yanacağın böyük hissəsi məhz Bakıdan göndərilib. Azərbaycan neftçiləri gecə-gündüz çalışaraq cəbhəni yanacaqla təmin edib, bu isə faşizm üzərində qələbənin əsas amillərindən biri sayılıb.

9 May təkcə tarixi zəfər günü deyil, həm də müharibənin yaratdığı ağrıların, itkilərin və insan faciələrinin xatırlandığı gündür. Azərbaycanda bu tarix hər il böyük ehtiramla qeyd olunur, müharibə veteranları yad edilir, faşizmə qarşı mübarizədə həyatını itirənlərin xatirəsi hörmətlə anılır.

Bu gün də Azərbaycan xalqı İkinci Dünya müharibəsində göstərilən qəhrəmanlıqları unutmur, həmin nəsilin fədakarlığını gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi çatdırır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?