05 may

Ceyhun Bayramov Kallasla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında görüş keçirilir.

Təhlil.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan - Avropa İttifaqı əməkdaşlığı və dialoqunun əhəmiyyətini vurğulayır:

"Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır".

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?