Bu gün

ABŞ-dən İrana yeni plan: Hörmüz boğazına zərbə ssenarisi

ABŞ atəşkəs rejiminin pozulacağı təqdirdə, İranın Hörmüz boğazındakı müdafiə obyektlərinə zərbələrin endirilməsi ilə bağlı planlar hazırlayır.

Təhlil.az xəbər verir ki, məlumata görə, nəzərdən keçirilən hədəf variantları arasında İranın Hörmüz boğazı, Fars körfəzinin cənub hissəsi və Oman körfəzinin yaxınlığındakı obyektlərinə dinamik hədəflənmiş zərbələr yer alır.

“Söhbət Tehrana bu mühüm su yollarını effektiv şəkildə bağlamağa imkan verən kiçik sürətli hücum katerləri, mina döşəyən gəmilər və digər assimetrik vasitələrə qarşı potensial hücumlardan gedir”,- materialda qeyd olunur.

Telekanal qeyd edir ki, ABŞ hərbçiləri İranı danışıqlar masasına əyləşdirməyə cəhd çərçivəsində “ikili təyinatlı” obyektlərə və enerji infrastrukturu daxil olmaqla digər infrastruktur hədəflərinə zərbələri də nəzərdən keçirir.

Bundan əlavə, ABŞ rəsmilərinin iddiasına görə, hərbi plan tərtibatçıları danışıqları fəal şəkildə pozan ayrı-ayrı iranlı hərbi liderlərə mümkün zərbə variantını da hazırlayıblar. Bildirilir ki, potensial hədəflər sırasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı da yer alır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?