Bu gün

Hörmüz yaxınlığında daha bir gəmi hücuma məruz qaldı

İrandan yola çıxan yük gəmisi Oman körfəzində atəşə tutulub və dayandırılıb.

Təhlil.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımaları Kordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO İrandan 8 dəniz mili qərbdə yerləşən ərazidəbaş vermiş hadisə barədə məlumat alıb. Gəminin kapitanı atəşə tutulduğunu bildirir, hazırda gəmi suda dayandırılıb. Heyət üzvləri təhlükəsizlikdədir. Gəminin zədələnməsi ilə bağlı məlumat verilməyib”, – deyə, məlumatda qeyd olunub.