Bu gün
ABŞ və İran arasında razılaşma yaxın zamanda əldə oluna bilər

“ABŞ və İran arasında razılaşma yaxın zamanda əldə oluna bilər, danışıqlar yekun mərhələdədir”.
Təhlil.az xəbər verir ki, Pakistanın təhlükəsizlik xidmətində olan mənbənin sözlərinə görə, artıq tərəflər arasında irəliləyiş əldə olunub, qarşıdakı görüş isə anlaşma memorandumunun imzalanması ilə başa çata bilər.
Qarşıdakı 60 gün ərzində hərtərəfli sazişin imzalanması gözlənilir. Tərəflər arasında prinsipial razılığın artıq əldə olunduğu, texniki detalların isə sonradan razılaşdırılacağı bildirilir.
Məlumata görə, ABŞ ilə İran arasında əsas vasitəçi rolunu Pakistanın Silahlı Qüvvələrinin komandanı Asim Münirin oynayır. Onun bu həftə Tehranda apardığı danışıqlar zamanı bir sıra mürəkkəb məsələlərdə irəliləyiş əldə etdiyi iddia olunur.
Bu gün