Azərbaycan qış idmanının yeni sponsoru oldu

Azərbaycan 2027-ci ildə İsveçin Falun şəhərində keçiriləcək xizək idman növləri üzrə dünya çempionatının əsas maliyyə sponsoru olacaq.
Təhlil.az xəbər verir ki, bu barədə İsveçin aparıcı telekanalı SVT məlumat yayıb.
Bildirilir ki, bu addım Azərbaycan Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) arasında 5 illik sponsorluq sazişinin imzalanmasından sonra mümkün olub.
FIS-in məlumatına görə, isə 2025/26 mövsümündən başlayaraq Azərbaycan beş il ərzində bütün dünya çempionatlarının əsas tərəfdaşı, mogul, akrobatika, xizək krossu və snoubord-kross üzrə Dünya Kuboklarının titullu sponsoru, ikiqat xizək yarışlarında isə rəsmi tərəfdaş olacaq.
Ən diqqətçəkən məqam FIS-in tarixində ilk dəfədir ki, bütün qış idman növlərini əhatə edən və yalnız tədbir sponsoru olmaqdan çox-çox irəli gedən qlobal tərəfdaşlıq formalaşır.
Azərbaycan artıq təkcə neftlə, Bakı ilə yox, qış idmanı ilə də dünyaya çıxır. Bu isə həm imic, həm də strateji turizm baxımından yeni bir səhifənin açılması deməkdir.
Qeyd edək ki, saziş 6 may 2025-ci il tarixində rəsmiləşib və məqsədi təkcə xaricdəki tədbirlərə dəstək yox, ölkədə qış turizmini və bu sahədə beynəlxalq turnirləri inkişaf etdirməkdir.