15 may

Ulduz futbolçu velosipedlə Milanda - VİDEO

Markus Tyuram bu dəfə nə qolu, nə də driblinqi ilə gündəmə gəlib.  “İnter”in ulduz hücumçusu Milanda velosipedli alış-veriş turu ilə diqqətləri üzərinə çəkib.

Təhlil.az xəbər verir ki, fransalı forvard şəhərin mərkəzində etdiyi alış-verişdən sonra aldığı məhsulları velosipedinin səbətinə yerləşdirərkən görüntülənib. Kameralar onu lüks avtomobil deyil, iki təkərli sadə bir nəqliyyat vasitəsi ilə çəkib.

Ətrafdakı azarkeşlər isə bu fürsəti qaçırmayıb. Tyuram velosipedi ilə yanaşı dayanaraq selfilər üçün poz da verib. Futbolçu həm təvazökar görünüşü, həm də azarkeşlərinə göstərdiyi isti münasibətlə sosial şəbəkələrdə müsbət rəy toplayıb.

Görünür, Markus təkcə meydanda deyil, gündəlik həyatda da oyunun qaydalarını dəyişməyi bacarır.