15 may

Rusiya və Ukrayna danışıqlara başlayır

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayır. 

Təhlil.az xəbər verir ki,  İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar mərhələsinə start verilib. Sayt prosesin gedişatını real vaxt rejimində izləyir.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlarla bağlı yekun qərarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra verəcək.

Yüksək vəzifəli mənbənin verdiyi açıqlamaya əsasən, Zelenski Ankaraya rəsmi səfərinə Ərdoğanla görüşlə başlayacaq və yalnız bu görüşdən sonra növbəti addımları müəyyənləşdirəcək.

Qeyd edək ki, Zelenski ilə Ərdoğanın görüşü Bakı vaxtı ilə saat 15:00-a təyin olunub. Bu arada Rusiya nümayəndə heyətinin artıq İstanbula çatdığı da bildirilir.