15 may

Zelenski Türkiyədə

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib.

Təhlil.az xəbər verir ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə Zelenskinin səfərinin təşkili ilə bağlı danışıq aparıb.

Xatırladaq ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqları bərpa etməyi təklif edib. O bildirib ki, mümkün dialoqun təməlində münaqişənin köklü səbəblərini aradan qaldırmaq və uzunmüddətli sülhə nail olmaq duracaq.