15 may

Türkiyə kuboku "Qalatasaray"ın oldu

"Qalatasaray" Türkiyə kubokunun sahibi olub.

Qaziantep Böyükşəhər stadionunda keçirilən final qarşılaşmasında İstanbul təmsilçisi "Trabzonspor" ilə qarşılaşıb. Təhlil.az xəbər verir ki, sarı-qırmızılılar Barış Alper Yılmazın 5-ci dəqiqədə vurduğu qolla hesabı açıb. 2-ci hissənin ilk dəqiqəsində Viktor Osimhen fərqi artırıb. 63-cü dəqiqədə dublunu rəsmiləşdirən Osimhen oyunun yekun nəticəsini müəyyənləşdirib. Beləliklə, İstanbul nəhəngi 19-cu dəfə ölkə kubokunun sahibi olub. 

Qeyd edək ki, Super liqada çempiyonluğunu rəsmiləşdirmək üçün "Qalatasaray"a son üç turda 1 xal qazanmaq kifayət edir.