14 may

Futbolçu qapı dirəyi ilə toqquşdu, komaya düşdü

İngiltərə Premyer Liqasında təkcə xallar yox, həyat da risk altındadır.

Təhlil.az xəbər verir ki, “Nottingham Forest”in nigeriyalı hücumçusu Tayvo Avoniyi “Lester”lə matçın qəhrəmanı yox, ən dramatik anı oldu.

36-cı turun “Lester”lə oyunu zamanı qapı dirəyi ilə şiddətli toqquşmadan sonra meydanda yerdə qalan 27 yaşlı futbolçu dərhal xəstəxanaya aparıldı. Qarın nahiyəsindən təcili əməliyyat edilən Avoniyinin vəziyyəti ilk saatlarda sabitləşsə də, gecə saatlarında pisləşib və  futbolçu komaya düşüb.

Klub və tibb heyəti hazırda vəziyyətlə bağlı ətraflı məlumat verməkdən yayınıb. Lakin mövsüm sonuna yaxın gələn bu ağır xəbər Premyer Liqa azarkeşlərini və futbol ictimaiyyətini ciddi narahat edib.

Meydanların səssiz qəhrəmanı olan Tayvo Avoniyinin həyatı uğrunda mübarizə artıq stadionda deyil, reanimasiyada davam edir.