13 may

Bakıda qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.

Təhlil.az xəbər verir ki, mayın 13-də saat 10:00-dan başlayaraq işlər bitənə qədər, həmin ərazilərdə qaz təchizatında müvəqqəti fasilə olacaq.

Sakinlərdən hər hansı narahatlıq yaranmaması üçün bu müddət ərzində ehtiyatlı olmaları xahiş edilir.