13 may

Putin danışıqlara gəlməsə, sanskiyalar işə düşəcək

12 mayda ABŞ və Avropa rəsmiləri arasında keçirilən danışıqlardan sonra Vaşinqtonun mövqeyi aydınlaşıb.

Təhlil.az xəbər verir ki, ABŞ Rusiya və Ukraynanın 15 may tarixində birbaşa danışıqlar aparmasını istəyir.  Əgər Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etsə və yaxud Rusiya dərhal və şərtsiz atəşkəsə razı olmasa, Avropa liderləri ABŞ prezidentini Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağıracaq. Belə ki, Avropa İttifaqı, Rusiyanın 30 günlük atəşkəsə razı olmaması halında ABŞ-ın sanksiyalar tətbiqinə razılıq verməsini gözləyir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 11 mayda ilkin şərtlər olmadan 15 may tarixində İstanbulda birbaşa danışıqların bərpasını təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu təklifi qəbul etdiyini, Putini şəxsən İstanbulda gözləyəcəyini açıqlayıb.