SOCAR BVF-nin neft proqnozları ilə razılaşmadı – Rəqəmlər həqiqəti əks etdimir

Beynəlxalq Valyuta Fondu (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinə dair hesabatında Azərbaycanın nefti üçün fiskal rentabellik qiymətini 2025-ci il üçün 87,3 dollar/barrel, 2026-cı il üçün 85,6 dollar/barrel, 2030-cu il üçün isə 91,3 dollar/barrel səviyyəsində proqnozlaşdırıb.
Təhlil.az xəbər verir ki, lakin SOCAR bu rəqəmləri yüksək hesab edir.
Mənbənin məlumatına görə, 2025-ci ildə Azərbaycanın nefti üçün fiskal rentabellik qiyməti 60–65 dollar/barrel civarında olacaq.
Mənbə BVF-in 80–85 dollarlıq proqnozlarının real xərclərlə uyğun gəlmədiyini bildirib.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsi neftin dünya bazar qiymətinin 70 dollar/barrel olması əsasında hesablanıb. İyun ayında bu göstəricinin 65 dollar/barrel səviyyəsində yenilənəcəyi gözlənilir. 2026-cı il üçün də eyni baza qiymət nəzərdə tutulur.
Qeyd edək ki, yüksək keyfiyyətli “Azeri Light” nefti adətən Brent markasından daha baha qiymətə satılır.