01 may

İran Milli Bankı Bakıda yenidən fəaliyyətə başladı

İran Milli Bankının Bakı filialı fəaliyyətini bərpa edib.

Təhlil.az xəbər verir ki, aprelin 29-dan etibarən bank kreditlərin verilməsi və depozitlərin qəbulu xidmətlərinə yenidən başlayıb.

Məlumatlara görə, İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bank filialının fəaliyyətinin bərpa olunmasına razılıq verib və bununla bağlı göstəriş verib.

Mənbələrin bildirdiyinə görə, bu müsbət addım iki ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə verəcək və Azərbaycanda fəaliyyət göstərən iranlı sahibkarlar üçün əhəmiyyətli xəbər sayılır. Bu nailiyyət, Pəzeşkiyanın Bakıya səfərinin iqtisadi nəticələrindən biri kimi qiymətləndirilir.