28 aprel
Azərbaycanda məsafədən iş və saatlıq əmək haqqı rəsmiləşir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında mühüm dəyişikliklərə hazırlaşır.
Təhlil.az xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məlumat verib.
O bildirib ki, hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişiklik üzərində iş aparılır.
Onun sözlərinə görə, bu dəyişikliklər arasında ən diqqətçəkən yeniliklərdən biri saatlıq əməkhaqqı sisteminin tətbiqi olacaq: "Bununla yanaşı, məsafədən iş rejiminin tənzimlənməsi, bərabər dəyərli əməyə görə bərabər maaş ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair müddəalar da dəyişiklik paketinə daxildir".
Dünən