Qazaxıstan Bakıdan dünyaya neft ixracını artırır

Qazaxıstan, ildə 90 milyon ton neft hasil edərək, bunun 70 milyon tonunu ixrac edir və yaxın illərdə ixrac həcmini artırmağı planlaşdırır. Bu artımın bir hissəsi Bakı vasitəsilə həyata keçiriləcək.
Təhlil.az xəbər verir ki, bu barədə “KMG Kashagan” şirkətinin kommersiya məsələləri üzrə baş direktorunun müavini Kuanış Keskinbayev deyib.
O bildirib ki, Qazaxıstanın ən böyük yataqlarından biri olan "Kaşağan"da hasilatın gündə 1 milyon barel artırılması planlaşdırılır. Hazırda bu yataqdan gündə 400-420 min barel neft çıxarılır: "Hasilatın artırılması ilə yanaşı, Qazaxıstan ixracı da artırmağı nəzərdə tutur. 2025-ci ilin 15 yanvar tarixində "Kaşaqan"dan çıxarılan neft Bakı vasitəsilə, sonra isə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac ediləcək".
K. Kesinbayov qeyd edib ki, bu il "Kaşağan" yatağından BTC vasitəsilə 240 min ton neft ixrac ediləcək: "Ümumilikdə, bu il Qazaxıstandan BTC vasitəsilə 1,74 milyon ton neft ixrac ediləcək, bunun 1,5 milyon tonu "Tengiz" yatağından olacaq".
O, cari ili neftin keyfiyyətinin qorunub-qorunmadığını başa düşmək üçün test ili olaraq qiymətləndirib. Bununla yanaşı, ixrac həcminin ildə 2,2 milyon tonaya qədər artırılmasını planlaşdırdıqlarını, lakin bu artımın "AzeriLight" tipli yüngül neftin keyfiyyətinə təsir edib-etməyəcəyini düşündüklərini qeyd edib.
Məlumat üçün bildirək ki, Bakı vasitəsilə ixracın daha da artırılması, yəni il ərzində 20 milyon ton neftin ixrac edilməsi planları mövcuddur. Lakin bu artım bir çox amillərdən, o cümlədən neft hasilatçı konsorsiumlarının qərarlarından asılıdır.