24 aprel

Bakıda ağır yol qəzası: 2 ölü, 9 nəfər xəstəxanada

Dünən Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Təhlil.az xəbər verir ki, Ramin Məlikovun idarə etdiyi "Lada Priora" markalı avtomobillə Sultan Sultanlının idarə etdiyi "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində Məlikovun sərnişinləri – Vəsfiə Yasin qızı və Rüstəmov Hacıəli Adil oğlu hadisə yerində dünyasını dəyişib.

Hər iki sürücü və digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

TƏBİB-dən verilən məlumata görə, 6 kişi və 3 qadın olmaqla 9 nəfər Kliniki Tibbi Mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara “bədənin müxtəlif nahiyələrinin travmaları” diaqnozu qoyulub. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, müayinələr aparılıb. Onlardan 3 nəfər əməliyyat olunub, 1 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda tibbi yardım davam etdirilir

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.