24 aprel

“Qarabağ”dan tarixi nailiyyət: 12-ci final

Azərbaycan futbolunun flaqmanı olan “Qarabağ” klubu yenidən tarix yazdı! Ağdam təmsilçisi Azərbaycan Kubokunun finalına artıq 12-ci dəfə yüksələrək yeni rekordun müəllifinə çevrildi.

Təhlil.az xəbər verir ki, bu, ölkə kuboku tarixində ən çox finala çıxan komanda olmaq deməkdir.

Yarımfinal mərhələsində “Araz-Naxçıvan”ı məğlub edən “Qarabağ” (ilk oyunda 0:1 məğlubiyyət, cavabda 3:0 qalibiyyət) həlledici mərhələyə vəsiqə qazanıb.
 Bu uğurla komanda 11 dəfə final görən “Neftçi”ni geridə qoyub.

Qurban Qurbanovun yetirmələri indiyədək çıxdıqları 11 finalın 8-də çempionluq kubokunu qaldırıb.

Əldə etdikləri qələbə illəri: 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24.

Üç dəfə isə finalda məğlubiyyətlə kifayətləniblər: 1995/96, 1997/98 və 1999/2000.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.