24 aprel

Azərbaycanda arağa maraq artır - RƏSMİ

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında ölkədə 16 milyon dekalitrdən çox müxtəlif içkilər istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% azdır.

Təhlil.az xəbər verir ki, eyni zamanda, ilin soyuq aylarında tələbatı ödəmək məqsədilə ölkədə araq istehsalı 2024-cü ilin birinci rübü ilə müqayisədə 7,1% artaraq 313,1 min dekalitr təşkil edib. Viski və konyak istehsalı isə 28,5% artaraq 175,1 min dekalitrə çatıb.

Yanvar-mart aylarında pivəyə olan tələbat daha az olub. Belə ki, pivə istehsalı 767,8 min dekalitr təşkil edib ki, bu da 2024-cü ilin ilk rübü ilə müqayisədə 18,5% azdır. Ölkədə istehsal olunan şərabın həcmi isə 133,7 min dekalitr olub ki, bu da 38,3% azalmaya bərabərdir.

Ümumilikdə, 2023-cü ilin birinci rübündə Azərbaycanda spirtli içki istehsalı 1,4 milyon dekalitr təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 12,5% azdır.

Azərbaycan hökumətinin 2025–2028-ci illər üçün proqnozlarına əsasən, qarşıdakı 4 il ərzində spirtli içkilər arasında ən çox artım pivə istehsalında gözlənilir.

Proqnozlara görə, 2025-ci ildə ölkədə 5,49 milyon dekalitr pivə istehsal edilə bilər.

2026-cı ildə bu rəqəm 5,7 milyon dekalitrə,

2027-ci ildə 5,92 milyon dekalitrə,

2028-ci ildə isə 6,15 milyon dekalitrə çatacaq.

Pivə istehsalındakı bu artım, əsasən, ölkədə arpa və xmeyl (xmel) əkilən sahələrin artırılması ilə əlaqələndirilir. Bu, xüsusilə Carlsberg məhsullarının istehsalı üçün nəzərdə tutulub.

Hökumətin şərabla bağlı proqnozları:

2025-ci ildə – 1,037 milyon dekalitr,

2026-cı ildə – 1,047 milyon dekalitr,

2027-ci ildə – 1,055 milyon dekalitr,

2028-ci ildə isə – 1,06 milyon dekalitrdən bir qədər çox.

Şampan şərabları üzrə proqnozlar 

2025-ci ildə – 2,2 min dekalitr,

2026-cı ildə – 2,3 min dekalitr,

2027-ci ildə – 2,5 min dekalitr,

2028-ci ildə – 2,6 min dekalitr.

İstehsal olunan məhsulların bir hissəsi isə ixrac üçün nəzərdə tutulub.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.