"Apple" 500 milyon, "Meta" 200 milyon avro məbləğində cərimələndi

Avropa Komissiyası (AK) texnologiya nəhəngləri "Apple" və "Meta" şirkətlərini antiinhisar qanunlarını pozduqlarına görə müvafiq olaraq 500 milyon avro və 200 milyon avro məbləğində cərimələmək qərarına gəlib.
Təhlil.az xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat verib.
"Bu gün Avropa Komissiyası müəyyən edib ki, "Apple" Rəqəmsal bazarlar haqqında qanunu (DMA), "Meta" isə istehlakçılara onları şəxsi məlumatlarından daha az istifadə edən xidmət seçimini təmin etmək üçün DMA üzrə üzərinə götürdüyü öhdəliyi pozub. Buna görə də Avropa Komissiyası "Apple" və "Meta" şirkətlərini müvafiq olaraq 500 milyon avro və 200 milyon avro cərimələyib", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, hər iki qərar maraqlı şirkətlərlə öz fikirlərini və arqumentlərini ətraflı şəkildə təqdim etməyə imkan verən geniş dialoqdan sonra qəbul olunub.