Artıq şənbə və bazar günləri də xəstəlik rəsmiləşdiriləcək

Artıq xəstəlik və ya travma qeyri-iş günündə baş verdiyi halda vətəndaşlar ilkin tibbi yardımla bağlı məlumatları "Müraciət barədə arayış" modulu vasitəsilə elektron formada rəsmiləşdirə biləcəklər.
Təhlil.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, sistem vasitəsilə vətəndaşın ilkin diaqnozu, müraciətin tarixi, vaxtı və tibb müəssisəsinin lokasiyası daxil edilərək elektron arayış hazırlanır. Bu arayış qeyri-iş günü baş vermiş halı rəsmi şəkildə sənədləşdirən əsas sənəd olacaq.
Daha sonra bu sənəd əsasında Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən həmin tarixə uyğun elektron xəstəlik vərəqəsi tərtib ediləcək.
Sevinc Məhərrəmova qeyd edib ki, bu yanaşma:
Tibb müəssisələrinin inzibati yükünü azaldır,
İşçilərin hüquqlarını qoruyur,
İşəgötürənlərin sənəd dövriyyəsini asanlaşdırır.