23 aprel

Dağıstanın rəsmi dili Azərbaycan türkcəsi olub

1923–1928-ci illərdə Dağıstanda dövlət idarəçiliyində və təhsildə Azərbaycan Türkcəsi rəsmi dil kimi istifadə olunub.

Təhlil.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev maraqlı bir məlumat paylaşıb.

Alimin sözlərinə görə, o dövrdə Azərbaycan türkcəsində yazılmış "Yeni türk əlifbası və ilk qiraət" adlı dərsliklər orta məktəblərdə geniş şəkildə tədris olunub. Söz mövzusu qərar, bir tərəfdən Moskvanın ərəb dilinə qarşı apardığı siyasətin nəticəsi olsa da, digər tərəfdən Dağıstandakı ruslaşdırma cəhdlərinə qarşı bir alternativ idi.

Tarixi sənədlərə əsaslanan Zaur Əliyev qeyd edir ki, bölgədə rus dilinə qarşı mənfi münasibət hökm sürürdü. Məhz bu səbəbdən Dağıstan rəhbərlərindən biri N.Samurski Azərbaycan türkcəsini "dağ camaatının dünyəvi təhsili üçün əlverişli silah" adlandırırdı.

Lakin bu “dil dövrü” çox uzun sürmədi. 1928-ci ildən sonra rus dili üstünlük qazansa da, Azərbaycan türkcəsi ilə tədris bəzi ərazilərdə 1952-ci ilə qədər davam etmişdi.

Zaur Əliyevin fikrincə, bu fakt bir daha sübut edir ki, Moskva Qafqaz xalqlarını parçalamaq üçün ortaq dildən – Azərbaycan türkcəsindən uzaqlaşdırmağı məqsəd qoymuşdu.(Globalinfo.az)

 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.