23 aprel
Türkiyə-Ermənistan sərhədi yenidən açıla bilər

Ermənistan hökuməti Suriyaya göndəriləcək ikinci humanitar yardım partiyası üçün 49 milyon dram (təxminən 123 min ABŞ dolları) vəsait ayırıb.
Təhlil.az xəbər verir ki, bu məbləğə əsasən ərzaq məhsulları və dərman preparatları alınacaq.
Xatırladaq ki, ilk yardım partiyası 21 martda Suriyaya yola salınmışdı. Həmin vaxt bu məqsədlə "Marqara" sərhəd-keçid məntəqəsi Ermənistanla Türkiyə arasında 10 günlük açılmışdı. Hazırda ümid edilir ki, Türkiyə bu dəfə də eyni güzəşti edərək sərhədi növbəti humanitar yük üçün açacaq.
Bu addım regionda humanitar əməkdaşlıqla yanaşı, Ermənistan-Türkiyə münasibətlərində yeni bir jest kimi də qiymətləndirilə bilər.
Bu gün