23 aprel

Türkiyə, Azərbaycan və Pakistan: Qardaşlıqdan strateji tərəfdaşlığa

Türkiyə, Azərbaycan və Pakistan ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi istiqamətində birgə çalışmağa qərarlıdırlar.

Təhlil.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə həm türk dövlətləri, həm də Pakistanla münasibətləri inkişaf etdirməkdə davam edəcək.

“Demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış etməyimiz bizi sevindirir. Fələstin məsələsində sərgilədiyi prinsipial mövqeyə görə Pakistana təşəkkür edirəm. Qarşıdakı dövrdə təşəbbüslərimizi inkişaf etdirməkdə qərarlıyıq,” – deyə Türkiyə Prezidenti əlavə edib.