Bu gün

"Qarabağ" səfərdən zəfərlə gəlir

Şəkil: AZERTAC

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən ilk oyun başa çatıb.

Ağdam təmsilçisi Skopyedə yerləşən “Todor Proeski” stadionunda oynanılan matçın 18-ci dəqiqəsində Toral Bayramovun penaltidən vurduğu qolla hesabı açıb. Bu qol matçın yekun nəticəsini müəyyənləşdirib.

Səfərdə sərfəli nəticə əldə edən Qurban Qurbanovun yetirmələri bir həftə sonra Bakıda Şimali Makedoniya təmsilçisi ilə cavab oyununa çıxacaq.

Səbahəddin Qurbanov

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?