Bütün dünyada çay deltalarını yoxa çıxma təhlükəsi ilə üz-üzə qoyan 10 FAKTOR

Niderland və Böyük Britaniyadan olan mütəxəssislər yeni araşdırma və tədqiqatlara əsasən, planetdə çay deltalarının yox olmasına səbəb ola biləcək 10 əsas təhlükəni dərc ediblər.
Təhlil.az xəbər verir ki, tədqiqat materialları “Nature Climate Change” jurnalında dərc olunub.
Çay deltaları hansısa çayın digər çaya, dənizə və ya gölə töküldüyü düzənliklərdə yerləşir. Uzun müddət ərzində çay çöküntüləri orada xüsusi təbii komplekslər əmələ gətirir. Amma bu gün qlobal iqlim dəyişikliyi və insanların mənfi təsiri fonunda bu ekosistemlər yox olmaq ərəfəsindədir. Reyn, Mekonq və Nil çayları xüsusilə nəticələri dağıdıcı ola biləcək təhlükə vəd edir. Bu çayların sahillərində isə 500 milyon insan yaşayır.
Alimlər deltalar üçün əsas riskləri müəyyən edərək onları qruplara ayırıblar. Onlar meşələrin qırılması, iqlim dəyişikliyi, çökmə, şəhər ərazilərinin genişlənməsi, təbii sərvətlərin işlənməsi, yeraltı suların çıxarılması, kənd təsərrüfatının intensiv inkişafı və qoruyucu tikililərin tikintisi nəticəsində yox ola bilər. Bu təhdidlər kompleksi ilə mübarizə aparmaq üçün hər bir konkret çayın xüsusiyyətlərini nəzərə alaraq xüsusi yanaşma tələb olunur. Alimlər risklərin daha dəqiq qiymətləndirilməsinə imkan verən təhlilin aparılması prinsipini işləyib hazırlayıblar. Bu, ekoloqlara səylərini ən həssas ərazilərə yönəltməyə imkan verəcək.