Dünən

Uitkof Putini atəşkəsə razı salmaq üçün Rusiyaya səfər edəcək

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə atəşkəsə razı salmaq üçün Moskvaya səfər edəcək. Təhlil.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

“Stiv Uitkofun Putini atəşkəsə razı salmaq üçün bu həftə Moskvaya səfər edəcəyi gözlənilir. Bu cəhd uğursuz olarsa, Ukrayna tərəfdarları ümid edirlər ki, Tramp Rusiya neftini idxal edən ölkələrə ikinci dərəcəli rüsumlar tətbiq edəcək”, - nəşr yazır.

Avqustun 4-də ABŞ prezidenti Donald Tramp Uitkofun Rusiyaya səfərinin bu həftənin ortalarına planlaşdırıldığını açıqlayıb: səfər çərşənbə və ya cümə axşamı günü baş tuta bilər.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?