Dünən

Rubio və Barro Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə danışıqlar aparıb.

Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Telefon danışığı zamanı onlar İranın nüvə silahına malik olmasına yol verməməyə çağırış ediblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını, Qəzzadakı humanitar vəziyyəti, Rusiya-Ukrayna münaqişəsinə son qoyulması istiqamətində səyləri və Sudanda davam edən münaqişəni müzakirə ediblər.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?