Bu gün
ANAMA: Ötən ay 440 mina aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyun ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-nın məlumatına istinadla xəbər verir ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 333, tankəleyhinə 107 mina və 2807 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay 6618,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Bu gün