03 iyun
İki azərbaycanlı boksçu dopinqə görə diskvalifikasiya olundu

Antidopinq qaydalarının pozulmasına görə Azərbaycan yığmasının iki boksçusu diskvalifikasiya edilib.
Təhlil.az xəbər verir ki, Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) məlumatına görə, Omar Aslanlı qadağan olunmuş preparatlardan istifadə etdiyinə görə iki il müddətinə idmandan uzaqlaşdırılıb. Məsud Yusifzadə isə dopinq-test verməkdən imtina etdiyinə görə üç il müddətinə diskvalifikasiya olunub.
Qeyd edək ki, Omar Aslanlı ötən il gənclər arasında Avropa çempionu olub, həmçinin böyüklər arasında Azərbaycan çempionatının qalibi adını qazanıb.
Məsud Yusifzadə isə gənclər arasında dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır.