Dünən
TASS agentliyi Azərbaycanın etirazından sonra xəbərdə dəyişiklik edib

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə dəyişiklik edib.
Təhlil.az xəbər verir ki, yeni sərlövhədə "Stepanakert" sözü "Dağlıq Qarabağ" ifadəsi ilə əvəzlənib.
Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı.
Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb.
Dünən
Dünən