21 may
İsrail İranın nüvə obyektlərinə zərbə hazırlayır

ABŞ kəşfiyyat xidmətləri İsrailin İranın nüvə obyektlərinə qarşı hücum planları üzərində ciddi şəkildə çalışdığını müəyyən edib.
Təhlil.az xəbər verir ki, İsrailin hərbi rəhbərliyi hələlik hücum qərarını tam şəkildə təsdiqləməsə də, son aylarda belə bir hücumun ehtimalı xeyli artıb.
“ABŞ və İran arasında bağlanması mümkün olan, lakin Tehranın zənginləşdirilmiş uranı tam tərk etmədiyi razılaşma ssenarisi İsrailin hərbi zərbə ehtimalını daha da yüksəldir,” – deyə, mənbə bildirib.
Eyni zamanda, ehtimal olunur ki, İsrail bu hazırlıqları yalnız real hücum üçün deyil, İranı nüvə proqramı ilə bağlı daha ciddi güzəştlərə məcbur etmək üçün güc nümayişi məqsədilə də həyata keçirə bilər.
Dünən