“Plus” tarix olur, “Air” erası başlayır – Apple-dan yeni model

Apple texnologiya dünyasına yenidən səs salmağa hazırlaşır. Şirkət “iPhone 17” seriyasının yeni üzvü – “iPhone 17 Air” modelini təqdim etməyə hazırlaşır.
Təhlil az xəbər verir ki, əldə olunan ilkin məlumatlara görə, bu model daha çox zərif dizayna və incə görünüşə üstünlük verən istifadəçilər üçün nəzərdə tutulub.
Maraqlısı budur ki, “iPhone 17 Air”in gəlişi ilə paralel olaraq “iPhone Plus” seriyası satışdan çıxarılacaq. Apple bu dəyişikliklə həm dizaynı sadələşdirmək, həm də məhsul çeşidini optimallaşdırmaq niyyətindədir.
Digər tərəfdən, “iPhone 17 Pro” modelləri bu dəfə daha iri kamera adası ilə fərqlənəcək və görünüşcə “Google Pixel” seriyasını xatırladacaq.
Baza versiyası isə böyük dizayn yenilikləri vəd etmir — görünüşü ilə “iPhone 16” modelinə yaxın olacaq.
Apple-ın yeni model xətti yalnız dizayn baxımından deyil, şirkətin texnoloji liderliyini qorumaq üçün atdığı strateji addımlardan biri kimi də qiymətləndirilir.