Dünən

Tramp: “Kanadanın Fələstini tanımaq qərarı ticarət razılaşmasını çətinləşdirir”

ABŞ prezidenti Donald Tramp deyib ki, Ottava Fələstini tanımaq niyyətini açıqladığına görə Kanada ilə ticarət razılaşması əldə etmək onun üçün çox çətin olacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.

"Kanada indicə Fələstin Dövlətini tanıdığını elan etdi. Bu, bizim onlarla ticarət razılaşması əldə etməyimizi çox çətinləşdirəcək" - deyə o, paylaşımda qeyd edib.

Kanadanın baş naziri Mark Karni daha əvvəl demişdi ki, onun hökuməti 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının sessiyası zamanı Fələstin dövlətçiliyini tanıyacaq.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?