04 iyun

İslandiyanın keçmiş prezidenti tur bələdçisi oldu

İslandiyanın sabiq prezidenti Qvyudni Torlasius Youhannesson ölkənin Tinqvedlir Milli Parkında tur bələdçisi kimi yarımştat işə düzəlib. Təhlil.az xəbər verir ki, siyasətçi 2016-2024-cü illərdə dövlət rəhbəri olub və sayca 6-cı prezidentdir. Sabiq prezident bildirir ki, indi o, həqiqətən də xoşbəxtdir: gözəl yerdə, təmiz havada insanlarla çalışır.
“Ziyarətçilərin çoxu mənim kim olduğumu belə bilmir və bu, əladır”, - deyə Qvyudni paylaşım edib.
Youhannesson qeyd edib ki, siyasətdə nəticələr nadir hallarda dərhal görünür, lakin indiki mövqeyində o, insanlara kömək edə bilir və bu, ona "ani məmnunluq" verir.

Hikmət Həsənov

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.