03 iyun

Diplomatik xidmət əməkdaşlarının xidməti vəsiqəsinin nümunəsi təsdiq edilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən diplomatik nümayəndəliklərdə və konsulluqlarda vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının xidməti vəsiqəsinin nümunəsi təsdiq edilib.

Təhlil.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin Kollegiyasının sədri, nazir Ceyhun Bayramov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Hüquqi təminat idarəsinin rəisi H.Hüseynov bu qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilməsini təmin etməlidir.

Qeyd edək ki, qərar mayın 12-də qəbul edilib, mayın 15-də qüvvəyə minib.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.