Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ekskursiya təşkil olunub - FOTO

Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən "Könüllülük və Sosial İnkişaf Klubu"nun tələbə və müəllim heyəti, eləcə də digər üzvləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ekskursiya ediblər.
Təhlil.az xəbər verir ki, ekskursiyanın məqsədi tələbələrin ətraf mühitin qorunması, təbii sərvətlərin səmərəli istifadəsi və ekoloji problemlər haqqında biliklərini artırmaqdan ibarətdir.
Nazirliyin və klubun kuratoru Pərvanə Məmmədovanın təşkilatçılığı ilə tələbələr qurumun fəaliyyəti, həyata keçirilən ekoloji layihələr və təbiətin mühafizəsi istiqamətində görülən işlər barədə məlumatlandırılıblar. Bildirilib ki, ekskursiya tələbələrin ekoloji dünyagörüşünün genişlənməsinə və təbiətə qarşı məsuliyyət hissinin formalaşmasına xidmət edir.
Tələbələr ekskursiya müddətində xatirə şəkli də çəkdiriblər.