Dünən
Enerji balansı üzrə işçi qrupun tərkibi genişləndirilib: ADSEA da daxil edilib

Nazirlər Kabineti "Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası"nın təsdiq edilməsi haqqında" 1 may 2024-cü il tarixli qərarında dəyişiklik edib.
Təhlil.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycanda "enerji balansı" ilə bağı işçi qrupunun tərkibi genişləndirilib.
"Enerji balansı"nın layihəsinin tərtib edilməsi və icrasına nəzarət məqsədilə yaradılmış işçi qrupunun tərkibinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Şirkəti, "Azərenerji", "Azərişıq" və "Azəristiliktəchizat" ASC-lərlə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də daxil edilib.
Dünən
Dünən