07 may

Pakistan hərbi əməliyyatları dayandırmağa hazırdır - RƏSMİ

Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanın zərbələrinə cavab olaraq, ölkəsinin hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib.

Təhlil.az xəbər verir ki, o qeyd edib ki, Hindistan hücumları dayandırdığı halda Pakistan da müharibəni sona çatdırmağa hazırdır.

Onun sözlərinə görə, İslamabad heç vaxt Hindistana qarşı təcavüzə başlamayıb, sadəcə qarşı tərəfin hücumlarına cavab verir.

"Əgər Hindistan geri çəkilərsə, biz hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin hələ ki, biz hücum edirik," – deyə, müdafiə naziri qeyd edib. 

Xatırladaq ki, Hindistan Pakistanın Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad bölgələrinə  raket zərbələri endirib. Nəticədə nəticədə mülki vətəndaşlar arasında  itkilər olub.