07 may

Quterreşdən İslamabada və Dehliyə xəbərdarlıq

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistanı maksimum hərbi təmkin nümayiş etdirməyə çağırıb.

Təhlil.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat yayıb.

O bildirib ki, Quterreş Hindistanın Pakistan ərazisinə raket zərbələri endirməsi və hərbi əməliyyatlar keçirməsindən ciddi narahatlıq keçirir: “Baş katib Hindistanın nəzarət xətti və beynəlxalq sərhəd boyunca həyata keçirdiyi hərbi əməliyyatlardan dərin narahatlıq duyur. O, hər iki ölkəni maksimum təmkinə çağırır. Dünya Hindistanla Pakistan arasında hərbi qarşıdurma riskini daşıya bilməz”.