07 may

Xətai sakinləri işıqsız qalacaq - XƏBƏRDARLIQ

Bakının Xətai rayonunda elektrik xətləri tamamilə yenilənir.

Təhlil.az xəbər verir ki, mayın 7-də səhər saat 09:00-dan axşam 17:00-dək Cavanşir, Ceyhun Hacıbəyli, İlqar Zülfüqarov və Məhəmməd Hadi küçələrinin sakinləri səkkiz saatlıq enerjisiz qalacaq.

Səbəb isə köhnə hava xətlərinin daha müasir və təhlükəsiz Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənməsidir.

“Azərişıq” ASC-yə görə, bu dəyişikliklərdən sonra həmin ərazilərə daha sabit və keyfiyyətli elektrik enerjisi veriləcək.