05 may
Maskın yeni kəşfi: Görmə qabiliyyəti olmayanlar üçün yeni çip - VİDEO

Dünyaca məşhur sahibkar İlon Mask kor insanlara görmə qabiliyyətini bərpa etməyə imkan verəcək növbəti texnoloji yeniliyini təqdim edib.
Təhlil.az xəbər verir ki, o, Blindsight adlı neyroçip vasitəsilə görmə qabiliyyəti olmayan şəxslərə, o cümlədən anadangəlmə kor olanlara belə görmək imkanı yaratmaq niyyətindədir.
Verilən məlumata görə, cihaz birbaşa beynin görmə qabığına (vizual korteksə) bağlanır və xarici görüntüləri beyinə ötürməklə görməni simulyasiya edir. Blindsight implantının ilk pasiyentə 2025-ci il ərzində tətbiq olunacağı gözlənilir.
Maskın rəhbərlik etdiyi “Neuralink” şirkətinin bu layihəsi tibb və texnologiya sahəsində inqilabi addım kimi qiymətləndirilir.