03 may

Arda “Real”da oynadı, Fənərə milyonlar qazandırdı

Arda Güler “Real Madrid”də 50-ci rəsmi oyununa çıxdığı üçün sabiq klubu “Fənərbaxça” bonus əldə edib.

Təhlil.az xəbər verir ki, türkiyəli futbolçunun İspaniya nəhəngində 50-ci matça çıxması ilə müqavilədəki bəndə əsasən “Fənərbaxça” 4 milyon avro qazanıb.

Həmçinin “sarı-lacivərdlilər”in müqavilə əsasında “kral klubu” ilə yoldaşlıq oyunu keçirmək hüququna sahib olduğu da məlum olub.

Qeyd edək ki, Arda Güler Madrid klubunda çıxdığı 50 oyunda 10 qol və 8 assistə imza atıb.

Xatırladaq ki, gənc ulduz 2023-cü ilin yayında “Fənər”dən “Real”a keçib. Onun 50-ci matçı “Barselona” ilə keçirilən İspaniya Kral Kubokunun final oyunu olub. 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.