Tramp Papa olmaq istəyir?

Dünyanın siyasi səhnəsinin ən qalmaqallı fiqurlarından biri olan Donald Tramp yenidən gündəmdədir.
Təhlil.az xəbər verir ki, o, bu dəfə süni intellektin köməyi ilə özünü Katolik Papası obrazında təqdim edib. Süni intellekt tərəfindən yaradılmış bu görüntüdə Tramp ağ rəngli, dik yaxalı və düyməli papa cübbəsində, qızılı taxtda oturarkən əks olunub. Başında isə Katolik dünyasının simvollarından biri olan mitra (papa tacı) var. Onun sinəsində qızıl xaç parıldayır, sağ əlində isə “balıqçı üzüyü” – Papa Pyotrun varisliyini təmsil edən pontifik hakimiyyətin rəmzi parlayır.
Fotoda Trampın əl jesti də diqqətdən yayınmayıb. Sol əlini dizinə qoyan Trampın sağ əli Papa dualarını xatırladan şəkildə yuxarı qalxıb, şəhadət barmağı isə havaya tuşlanıb. Bu poza ilə Tramp sanki pontifik bir mesaj verir, ya da sadəcə izləyicilərinə vizual zarafat göndərir.
Maraqlısı odur ki, Tramp bu paylaşımı heç bir başlıq və ya şərhlə izah etməyib. Lakin izləyicilər onun bir müddət əvvəl Papa Fransiskin ölümündən sonra "pontifik olmaq istəyirəm" deyə etdiyi zarafatı yaxşı xatırlayır.