Fermerlərə 700 milyon manat və güzəştlərdən ibarət dəstək

2023 və 2024-cü illərdə Azərbaycan fermerlərinə 700 milyon manatdan çox subsidiya ödənilib.
Təhlil.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov məlumat verib.
O bildirib ki, 2023-cü ildə 387 340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380 704 fermerə 362,5 milyon manat subsidiya ödənilib.
Onun sözlərinə görə, bu rəqəmlər yalnız maliyyə dəstəyi deyil, həm də kənd həyatına, ailələrin rifahına və məhsuldarlığın artırılmasına verilən dəstəkdir.
"Dövlət, fermerlərə göstərilən dəstəyi subsidiya, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər kimi komponentlərlə davamlı şəkildə həyata keçirir. 2023-cü ildə 6 477 texnika üçün 83,9 milyon manat, 2024-cü ildə isə 9 107 texnika üçün 80,8 milyon manat güzəştli vəsait ayrılıb. Həmçinin 2024-cü ildə 5 830 baş damazlıq heyvan üçün 17,4 milyon manat güzəşt təqdim edilib", - deyə nazir əlavə edib.