Əkin sahələri yoxa çıxır: Ərzaq təhlükəsizliyi risk altındadır - XƏBƏRDARLIQ

BMT-nin FAO təşkilatına görə, dünyada 1.7 milyard hektar torpaq insan fəaliyyəti nəticəsində deqradasiyaya uğrayıb.
Təhlil.az xəbər verir ki, bu ərazilərin 60%-dən çoxu kənd təsərrüfatında istifadə olunan əkin və otlaq sahələridir.
Azərbaycan Prezidentinin İqlim üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, kənd təsərrüfatı iqlim dəyişikliklərinə ən həssas sahələrdən biridir.
Onun sözlərinə görə, artan quraqlıqlar, torpağın şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldır və bu amillər qlobal ərzaq təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
M.Babayev qeyd edib ki, statistikaya görə, 1970-ci illərdə ildə orta hesabla 100 təbii fəlakət baş verirdisə, bu gün bu rəqəm 400-ə qədər yüksəlib. Bu artım kənd təsərrüfatının dayanıqlılığına mənfi təsir edir və dünyanın ərzaq təminatında risklər yaradır.